M.Ferstappen: “Fettellə problemim yoxdur”

Maks Ferstappen bildirib ki, onunla Fettel arasında heç bir problem yoxdur.

F-1.az xatırladır ki, Fettel və Ferstappen Meksika yarışında podium uğrunda mübarizə aparmış və hollandiyalı döngəni kəsərək, yerini qorumuşdu. Yarışdan dərhal sonra Ferstappenə 5 saniyə cəzası verilmiş və 19 yaşlı sürücü podiuma yüksələ bilməmişdi. Amma yarış vaxtı Ferstappenin trası kəsdiyinə görə Fettel həm Çarli Uaytinqi, həm də Ferstappeni təhqir etmişdi.

Maks Ferstappen: “Meksika yarışından sonra Sebastyanla telefonla danışdıq və problemi həll etdik. Hazırda aramızda xoş münasibət var. Heç bir problem yoxdur. Hər yarışda bu cür hallar baş verir. Bunlar normaldır. Hamımız yarışı mümkün qədər yaxşı yerdə bitirmək istəyirik. Nəticədə biz yarışçılarıq və bu cür hallarda problemləri həll edə bilirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*