A.Prost: Alonsonu motivasiyasına görə seçdik

Renault komandasının məsləhətçisi Alen Prost bildirib ki, Fernando Alonsonu yüksək motivasiyasına görə seçiblər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü növbəti mövsüm Renault ilə idmana qayıdacaq. Fransa təmsilçisi daha əvvəl dördqat Dünya Çempionu Sebastyan Fettellə danışıqlar aparsa da, Fernando Alonsonu gətirməyə qərar verib.

Alen Prost: “Üç güclü sürücü ilə danışıqlar apardıq – Alonso, Fettel və Bottas. Sebastyanın motivasiyası olmadığı üçün gəlmə ehtimalı az idi. Valtteri isə ən yaxşı maşını sürür. Biz yeni layihəmizə həvəslə yanaşacaq adam istədik. Fernando Formula1-siz illərində çox dəyişib və daha yetişkin olub”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*