Alpine yeni maşının tizerini dərc edib

Komanda dünən Silveratounda maşının uğurlu debütünə nail olduqdan sonra bu gün də ona aid görüntü paylaşıb.

F-1.az xatırladır ki, dünənki yürüşlərdə maşının aydın görüntüsü yayımlanmamışdı. Bu gün də komanda A523-ün sadəcə bir hissəsinin şəklini paylaşmaqla kifayətlənib.

Qeyd edək ki, yeni maşın fevralın 16-da təqdim ediləcək.