Bəhreyndə 18 çempion

Mövsümün ilk yarışının təşkilatçıları hazırda sağ olan dünya çempionlarının hamısını Bəhreynə dəvət ediblər. İyirmi çempiondan yalnız Nelson Pike və Kimi […]

Mövsümün ilk yarışının təşkilatçıları hazırda sağ olan dünya çempionlarının hamısını Bəhreynə dəvət ediblər. İyirmi çempiondan yalnız Nelson Pike və Kimi Rəykkönen tədbirə qoşula bilməyib, yerdə qalan 18 çempion bu gün bir araya gəlib.

Təntənəli mərasim üçün rəsmi şəkil çəkilib – çempionlara Bəhreynin kralının oğlu Salman ibn Xamad əl-Xəlifə və Formula1-in kommersiya başçısı Berni Ekklstoun qoşulublar:

Yuxarı cərgə: Fernando Alonso (2005-06), Cek Brəbhəm (1959, 1960, 1966), Mixael Şumaher (1994-95, 2000-04), Əmerson Fittipaldi (1972, 1974), Lyuis Həmilton (2008), Mika Hakkinen (1998-99) və Dəymon Hill (1996).

Orta cərgə: Niki Lauda (1975, 1977, 1984), Keke Rosberq (1982), Mario Andretti (1984), Ceki Stüart (1969, 1971, 1973), Alen Prost (1985-86, 1989, 1993), Jak Vilnöv (1997) və Con Sörtiz (1964).

Aşağı cərgə: Alan Cons (1980), Naycel Mənsell (1992), şahzadə Salman əl-Xəlifə, Berni Ekllstoun, Codi Şökter (1979) və Censon Batton (2009).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*