B.Ekklstoun: Mercedes uduzmağı bacarmır

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Mercedes uduzmağı bacarmır.

 

F-1.az xatırladır ki, Əbu Dabidə Həmilton yarışa başçılıq etsə də, sona 6 dövrə qalmış trasa Təhlükəsizlik Maşını çıxıb.

Lider Həmiltonla yeni təkərlərə keçmiç Ferstappen arasında 5 dövrəvi sürücü var idi. Yarış direktoru Masi də sırf bu 5 sürücünün dövrəsini qaytarmağa icazə verib və yarış yenidən başlayıb. Nəticədə daha təzə təkərlə yarışan Maks rəqibi Lyuisi keçərək, çempion olub.

Bundan sonra Mercedes hər yerdə çempionluqlarının oğurlandığını deyib.

Berni Ekklstoun: “Oğurluqla bağlı bu söhbətlər axmaqlıqdır. Yarışın ilk dövrəsində Həmilton trası kəsərək, liderliyini qorudu. Lakin buna görə cəza almadı. Bu səbəbdən şikayət etməməlidir.

İdmanda belə hallar ola bilər. Belə olan halda yarış direktoruna günah atmaq olmaz. O, düzünü etdi. Son dövrədə Lyuislə Maksın yarışmasına icazə verdi.

Məncə, apellyasiya vermək Mercedes üçün yaxşı olmaz. Onlar uduzmağı bacarmırlar. Mercedes-in rəhbəri olsam, Totoya deyərdim ki, apellyasiyaya getmə. Onlar dünyadakı ən qədim avtomobil brendidir və ən yaxşı maşınları istehsal edirlər. Bu etiraz onların imicinə mənfi təsir edər. Onsuz da uduzublar. İmiclərini də yerlə bir etməsinlər. FİA bu il əsasən Mercedes-ə kömək etdi. Maks və Red Bull ədalətli formada çempion oldu. Mercedes bunu qəbul etməlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*