N.Rosberq: “Qələbə qazanmaq üçün fürsətim olacaq”

İspaniyada poul mübarizəsində komanda yoldaşı Həmiltona uduzan Rosberq bildirib ki, vəziyyəti öz xeyrinə dəyişərək Həmiltonu yarışda məğlub edə bilər.

F-1.az xatırladır ki, Rosberq sərbəst yürüşlərdə komanda yoldaşından üstün olsa da, sıralanma turunda eyni performansı göstərə bilməyib. Həmilton komanda yoldaşına 0.3 saniyə fərq ataraq, bu mövsümdə 3-cü poulunu qazanıb.

Niko Rosberq: “İkinci yeri tutduğum üçün məyusam. Bu gün birinci yer üçün trasa çıxmışdım.

Lyuis bu gün sürətli idi. Deyə biləcəyim tək şey budur.

Bunlar həftəsonu ola biləcək şeylərdir. Sabah birinci yerə yüksəlmək üçün fürsət əldə edə bilərik. Xüsusən də start əlverişli olacaq. Sabahkı yarış strategiya cəhətdən heç də asan olmayacaq. Buna görə də əlimdən gələni etməliyəm və fürsətləri dəyərləndirməliyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*