S.Fettel yeni qaydalar barədə nə düşünür?

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, FİA-nın yeni idman reqlamentini bəyənib və əlavə edib ki, artıq yarışmağa daha çox diqqət yetirə biləcək.

F-1.az xəbər verir ki, yeni qaydalara əsasən, stüardlar Çarli Uaytinqin verdiyi təkrarları izləməyəcəklər. Öz istədikləri təkrarı izləyib, dəyərləndirmə edəcəklər.

Digər dəyişən qaydaya əsasən isə, sürücü bir hadisəyə görə 100 faiz günahkar deyilsə, ona cəza verilməyəcək.

Sebastyan Fettel: “Təkər-təkərə mübarizələrin önü açıldı. Həm sürücülər, həm də bizi izləyən fanların istədikləri budur. Yeni qərarı dəstəkləyirəm. Yarışmağa fokuslanmaq həmişə önəmli olub və bu qaydalardan sonra buna icazə veriləcəyinə inanıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*