S.Peres: “Sınamasaydım, peşman olardım”

Force İndia komandasının sürücüsü Serxio Peres Monako yarışını tezliklə unutmaq istəyir.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışın əvvəlində qanadı qırıldığı üçün pitə gəlmiş və çoxlu vaxt itirərək, gerilərə düşmüşdü. Lakin, problemlər bununla bitməmişdi.

Yarışın sonunda Battonla Verlyaynın arasında baş verən insidentdən sonra çıxan təhlükəsizlik avtomobilindən istifadə edən Peres tez pitə girərək, UltraSoft təkərlərlə trasa 11-ci yerdə qayıtmışdı. Əvvəlcə Vandornu keçərək onluğa yüksələn 27 yaşlı sürücü daha sonra Kvyata hücum edərkən, qəza etmiş və bununla da yarışı xalsız başa vurmuşdu.

Serxio Peres: “Yarış ilk dövrədən etibarən kabus kimi idi. Ön qanadımda problem yaranandan sonra heç nə əvvəlki kimi olmadı. Amma daha sonra özümə gələrək, Stroll və Palmeri qabaqlaya bildim. Ötmə etmək üçün riskə girdim. Sonra yeni təkərlərə keçdim və Kvyatla Qrojandan dövrə başına 2 saniyə sürətli idim. Kvyatın arxasında olanda bir boşluq gördüm və dəyərləndirmək istədim. Heyif ki, lazımi qədər boşluq yox idi və təmas yaşadıq. Orada ikimizin də yarışı məhv oldu. Sözün açığı, 10-cu yerdə idim və təkərlərim yeni idi. Sınamasaydım, peşman olardım”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*