Qlok Peresi tənqid edib

Son yarışa qədər çempionatda Maks Ferstappenə yaxın olan meksikalı sürücünün Monte Karlonu xalsız tərk etməsinə reaksiyalar gəlməkdə davam edir

F-1.az xəbər verir ki, sabiq F1 pilotu çempionluq istəyən birinin belə səhvlərə yol verməməli olduğunu düşünür.

Timo Qlok: “Serxio Peres üçün Monako unudulmalı bir həftə sonu oldu. Əgər o, dünya çempionu uğrunda Ferstappenlə vuruşmaq istəyirsə, belə şeylər başına gəlməməlidir. Böyük təcrübəyə və sürətə malik olan Fernando Alonso həzz alır və son dərəcə motivasiyalıdır. Peres daha ciddi səhvlərə yol verməməlidir, çünki Alonso həmişə oradadır. O, mütəmadi olaraq podiuma yüksəlir və Ferstappenə müəyyən qədər təzyiq göstərir. Burada istər-istəməz başqa sual da yaranır: Aston Martin daha nə nümayiş etdirəcək? Komanda yeniləmələrin mövsüm ərzində davam edəcəyini bildirib”.

Xatırladaq ki, Monakoya Maksdan yoldaşından cəmi 14 xal geridə gələn Serxio sıralanma turunun ilk sessiyasında qəza edib və yarışa sonuncu yerdən başlayıb. Onun 16-cı yerdə xalsız tamamladığı yarışda Ferstappen qalib gələrək aradakı fərqi 39 xala çatdırıb…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*