A.Fernandes: Peres stabil olmalıdır

Serxio Peresin sabiq meneceri Adrian Fernandes bildirib ki, Peres çempion olmaq istəyirsə, stabil olmalıdır.

F-1.az xatırladır ki, meksikalı sürücü keçən il iki yarış qazansa da, əksər hallarda komanda yoldaşı Ferstappenə böyük fərqlə uduzurdu.

Adrian Fernandes: “Maks fərqli səviyyədədir. Senna, Şumaxer və Həmiltona bərabərdir. Çekonun istedadına inanıram, amma o səviyyəyə çatması üçün addımlar atmalıdır. Pilotajdan başqa mühəndislərlə çox işləməli və bolidi yaxşı sürməlidir. Özü də bunu bütün mövsümdə etməlidir. Vahid dövrədə güclü olmaq, yarış qazanmaq yaxşıdır. Lakin bütün mövsüm güclü olmalısınız.

Valtteri Bottasa baxın. Mercedes-də uzun illər yarışsa da, çempion ola bilmədi. Lyuislə fərqi nədir? Stabillik. Çempionları xüsusi edən şey budur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*