15 Dekabr 2018, Şənbə - 15:27

S.Peres Bakıda yenidən podium istəyir

S.Peres Bakıda yenidən podium istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

19:13 - 24 Aprel, 2018

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Bakı yarışı çox maraqlı olacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü Bakıda keçirilən ilk yarışda podiuma yüksəlmişdi. 2017-ci ildəki yarışda da 3-cü yerdə gedərkən, komanda yoldaşı Okon ona təmas etmiş və Peres yarışda xalsız qalmışdı.

Serxio Peres: “Bakı yarışı elə bil dünən keçirilmişdi. Belə hiss etməyimizin səbəbi yarışın təqvimdə yerinin dəyişməsidir. Bu trasın böyük şan-şöhtəti var və 2016-cı ildə orada yaxşı xatirələrim olmuşdu. Buna görə də bu il hədəfim çox xal qazanmaqdır. İlk yarışlar mənim üçün pis keçdi. Xüsusən də, Bəhreyndə bəxtim gətirmədi. Lakin bəzən belə hallar ola bilər. Çindəki yarış çox məyusedici idi. Çünki ilk dövrədə hər şeyi itirdim. Sürətli olsaq da, yarışda işə yaramadı. Melburndan sonra inkişaf etmişik. Bakı maraqlı olacaq, çünki hər düzlük sürətindən və əylənmədən asılıdır. Şəhər tipli traslların çətinliklərini sevirəm. Bakıda sürməkdən həzz alıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 117
Teqlər , , , , ,
Paylaş

logo