S.Peres: Bu anı 10 il gözlədim

Saxir Qran Prisində ilk qələbəsini əldə edən Serxio Peres bildirib ki, 10 ildir bu anı gözləyib.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışın startında Leklerin təması ilə sonuncu yerə düşsə də, həm Mercedes-in səhvlərindən, həm də təhlükəsizlik maşınlarından istifadə edərək, karyerasının ilk qələbəsini qazanıb.

Serxio Peres: “Deməyə söz tapmıram. Ümid edirəm ki, yuxu görmürəm, çünki bunu uzun illərdir ki, xəyal edirdim. Bu anı yaşamaq üçün 10 il gözlədim. İnanılmazdır. Nə deyim bilmirəm. İlk dövrədəki qəzadan sonra yarışın əldən getdiyini düşündüm. Ancaq təslim olmadım. Zərəri minimuma endirdim. Bu il bəxtimiz gətirmirdi, amma sonda mükafatımızı aldıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*