S.Peres: Ferstappeni qısqanmıram

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Maks Ferstappeni qısqanmır.

F-1.az xatırladır ki, meksikalı sürücü keçən il Red Bull komandasına qatılıb. Lakin təcrübəli pilot daha gənc Ferstappenin tempinə cavab verə bilmir.

Serxio Peres: “Keçmişdə bəzi komanda yoldaşlarım məni qısqanırdılar. Təbii ki, qalib gəlmək istəyirsiniz, amma komanda yoldaşınız qazananda onu təqdir etməlisiniz. Sizdən daha yaxşı işləyib və qalib gəlib. Bunu qəbul etmək lazımdır. Əksəriyyət bunu bacarmır, amma Maks və ya mən qalib gələndə bir-birimizlə fəxr edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*