22 Mart 2019, Cümə - 22:42

S.Peres: “Məqsədim gələn il titul qazanmaqdır”

S.Peres: “Məqsədim gələn il titul qazanmaqdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:17 - 13 Dekabr, 2012

Serxio Peres bildirib ki, 2013-cü ildə elə ilk yarışlardan çempion titulu uğrunda mübarizə aparmağa çalışacaq… Serxio Peres: “Gələn ilə mənim […]

Serxio Peres bildirib ki, 2013-cü ildə elə ilk yarışlardan çempion titulu uğrunda mübarizə aparmağa çalışacaq…

Serxio Peres: “Gələn ilə mənim məqsədim McLaren-lə birlikdə çempion titulunu qazanmaqdır. Bütün mövsün boyu çoxlu işləməliyəm, ona görə də indidən mövsümə hazırlığa düzgün başlamaq çox vacibdir. Hesab edirəm ki, titul uğrunda mübarizə real məqsəddir, çünki mən ən yaxşı komandada çıxış edəcəm, ən yaxşı komandalar isə adətən qalib gəlirlər. Bu il McLaren-i etibarlılıq problemləri təqib edirdi, əgər komanda bu problemləri həll etsə, biz titul uğrunda mübarizəyə hazır olacayıq.

Düşünürəm ki, komanda gələn mövsümə sürətli maşın hazırlamaq iqtidarındadır. Bizim yüksək məqsədlərimiz olmalıdır, McLaren hər bir yarışda qələbə qazanmaq istəyir. Sürücü həmişə istənilən sınağa hazırdır, məncə, bu, ən ciddi çağırışdır.

Çətin olaacq, amma bizim çətinliklərin öhdəsindən gəlmək üçün zəruri hər bir şeyimiz var. Bizim rəqabətədavamlı maşınımız olacaq, amma mən elə birinci yarışdan ən sürətli olmalıyam. Hazırda mən Melburna, ilk testlərə və komanda ilə işə hazırlaşıram, səbirsliklər əməkdaşlığımızın başlanmasını gözləyirəm. Əminəm ki, biz titul uğrunda mübarizə apara biləcəyik.”

Maraqlıdır ki, McLaren komandası ilə müqavilə imzaladıqdan sonra meksikalı sürücü Sauber komandasında heç bir xal belə qazana bilməyib. Peres əmin edir ki, bu iki fakt arasında heç bir əlaqə yoxdur: “Formula1-də hər bir şey haqqında nağıl qoşmağı sevirlər. Mənim son yarışlarda uğursuzluğumu müqavilə imzalamağımla əlaqələndirirlər, amma bunların heç bir əlaqəsi yoxdur, çünki mən peşəkar sürücüyəm və həmişə çıxış etdiyim komandaya sadiqəm.

Mən Sauber komandasına çox minnətdaram, mənim motivasiya problemim də yox idi. McLaren-lə müqavilə bağladıqdan sonra elə əvvəlki 15 yarışda olduğu səylə işimi davam etdirirdim.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 197
Teqlər , ,
Paylaş

logo