22 Noyabr 2019, Cümə - 19:53

L.Həmilton sazlanma tapa bilməyib

L.Həmilton sazlanma tapa bilməyib

Müəllif: Rauf Hacıyev, redaktor

13:08 - 12 Aprel, 2019

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sazlanma tapmaqda çətinlik çəkib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Çin Qran Prisinin cümə sərbəst yürüşlərində 4-cü olub və komanda yoldaşı Bottasdan 0.7 saniyə geri qalıb. Beşqat Dünya Çempionu ikinci sessiyada yerində fırlanmaqla yadda qalıb.

Lyuis Həmilton: “Bu gün boliddə çətinlik çəkdim. Valtteri mənə nisbətən daha rahat idi. Buna görə də mən daha çox işləməliyəm. Bu gecə bəzi dəyişikliklər etmək üçün işləyəcəyik. Ümid edirəm ki, sabah güclü olarıq. Bolidin tempi var. Sadəcə doğru sazlanmaları tapmaq lazımdır. Red Bull və Ferrari-yə bu qədər yaxın olmaq gözəldir. Gözlədiyimiz kimi Ferrari düzlüklərdə güclüdür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 293
Teqlər
Paylaş

logo