B.Senna GP2-yə qayıtmayacaq

GP2 seriyasında keçən il ikinci yeri tutmuş Bruno Senna geri qayıtmayacaq. Keçən il Sennanın Toro Rosso ilə müqavilə bağlaması barədə […]

GP2 seriyasında keçən il ikinci yeri tutmuş Bruno Senna geri qayıtmayacaq. Keçən il Sennanın Toro Rosso ilə müqavilə bağlaması barədə şayiələr gəzirdi, Milad bayramından əvvəl isə sürücü Honda-nın testlərində iştirak etdi, lakin hər iki müqavilə yarımçıq qaldı və yeni şayiələr yayıldı ki, braziliyalı sürücü iSport-la yeni müqavilə bağlamaqla GP2-də daha bir mövsüm keçirəcək.

Britaniyada dərc olunan Autosport bu həftə sürücüdən müsahibə alıb, Bruno bildirib ki, Formula1-də iştirak etmək üçün müqavilə bağlamağa çalışacaq və GP2-yə qayıtmağı planlaşdırmır. iSport komandasının rəhbərliyi sürücünün mövqeyindən xəbərdar olduğu üçün Sennanın yerinə DPR komandasının keçmiş sürücüsü Diyeqo Nunyesi dəvət ediblər və o 2009-cu ildə Qiyedo van der Qardeyə komanda yoldaşlığı edəcək.

Maraqlıdır ki, nə GP2-nin keçənilki çempionu Corcio Pantano, nə də vitse-çempion Bruno Senna Formula1-də özlərinə müqavilə tapa bilməyiblər, bununla seriya yarandığı gündən davam edən aşağı seriyadan yuxarı seriyaya keçid estafetini dayandırıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*