20 Sentyabr 2019, Cümə - 01:21

FİA qaydaları dəqiqləşdirməyə hazırlaşır

FİA qaydaları dəqiqləşdirməyə hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:22 - 26 Fevral, 2012

Keçən il FİA-nın texniki xidmətləri əllərindən gələni etdilər ki, motordan çıxan işlənmiş qazların maşının aerodinamikasına təsiri minimuma ensin – mövsümün […]

Keçən il FİA-nın texniki xidmətləri əllərindən gələni etdilər ki, motordan çıxan işlənmiş qazların maşının aerodinamikasına təsiri minimuma ensin – mövsümün gedişində reqlamentə dəyişiklik edilmişdi, amma məlum oldu ki, müxtəlif motorları eyni ümumi çərçivəyə salmaq mümkün deyil, ona görə də dəyişiklikləri 2012-ci ilə qədər təxirə salmışdılar.

Hazırda reqlament mühərriyin kartoqrafiya seçimini və qazburaxma sisteminin konfiqurasiyasını sərt məhdudlaşdırıb, amma komandaların mühəndisləri bu şəraitdə də üstünlük qazanmağa çalışırlar. Qeyri-rəsmi məlumatlara görə, FİA növbəti dəfə qaydaları dəqiqləşdirməyə hazırlaşır ki, komandaların işlənmiş qazların maşının arxa hissəsində asfalta yatma qüvvəsini artırmağa yönəldilməsinin qarşısını alsın.

Şayiələr görə, motor istehsalçılarından biri FİA-ya xəbər verib ki, cari reqlament qaydaları pozmadan motorun qeyri-standart rejimlərdə işləməsinə imkan verir. Söhbət birbaşa akselerator pedalının basılma səviyyəsindən asılı olmayaraq işlənmiş qazların axın sürətinin artırılmasından gedir – bu konkret motorların iş xüsusiyyətindən irəli gəlir.

Bu problemi həll etmək üçün FİA motorun Vahid İdarəetmə Blokunun (ECU) yeni proqram təminatını hazırlayır ki, komandalar bu proqramı Avstraliya Qran Prisi ərəfəsində alacaqlar. Eyni zamanda, FİA heç bir komandadan şikayət etməyib, hərçənd, əgər gələcəkdə belə hallar mümkün olarsa, şikayət edən komanda tapılacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 290
Teqlər
Paylaş

logo