S.de Silvestro Sauber-in bazasında məşqlərə başlayıb

Biz artıq xəbər vermişdik ki, Simona de Silvestro Sauber komandasının gənc sürücülərin hazırlıq proqramının iştirakçısı seçilib. Keçən həftə Simona komadnanın […]

Biz artıq xəbər vermişdik ki, Simona de Silvestro Sauber komandasının gənc sürücülərin hazırlıq proqramının iştirakçısı seçilib. Keçən həftə Simona komadnanın Hinvilldəki bazasında məşqlərə başlayıb.

Simona de Silvestro: “Mən burda çox vaxt keçirirəm, çünki bir həftə əvvəl məşqlərə başlamışam və hər gün bazaya gəlirəm. İndi burda elə də çox əməkdaş yoxdur, çünki hamı səfər Qran Prilərinə yollanıb, amma burda olanlarla mən artıq tanış olmuşam”.

Öz proqramı barədə danışan Simona qeyd edib ki, “hələ simulyatorda işə başlamamışam, amma planda bir neçə sessiya nəzərdə tutulub”.

De Silvestro etiraf edib ki, Barselona və Silverstoun testlərində iştirak etməklə FİA-nın superlisenziyasını almağa çalışacaq, hərçənd, bu barədə yekun qərar qəbul olunmayıb.

Simona de Silvestro: “Hazırda mən testlərə hazırlaşıram, düzdür köhnə maşının sükanı arxasında işləyəcəm. Mənim komandada vəziyyətim qeyri-adidir və mən hər şeydən əvvəl gələn ilki mövsümə hazırlaşıram. Mən nə test sürücüyəm, nə də ehtiyat sürücü, çünki onlar hazırkı maşınla tanış olmalıdırlar və əsas sürücülərdən hər hansı birini lazım olan anda əvəz etməlidirlər. Mən sadəcə hələ öyrənirəm, təhsil alıram, sonrasına baxarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*