Red Bull mövsümə uğursuz başlamasının səbəblərini izah etdi

Red Bull Racing-in texniki direktoru Pyer Vaşe komandənin 2026-cı il mövsümünə uğursuz başlamasının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, rəqiblər yeni texniki reglamentə keçidə daha yaxşı hazırlaşıblar, Milton Kinsdən olan komanda isə keçən mövsümün son yarışına qədər çempionluq uğrunda mübarizə aparıb ki, bu da yeni maşının hazırlanmasına təsir edib.

Pyer Vaşe: “Mövsümün ilk yarısında müsbət məqamlar var. Ən əsas məqam odur ki, ili rəqiblərin arxasında başlamış olsaq da, irəliləyişə nail ola bildik.

Komanda indiki səviyyəyə gəlmək üçün əla iş görüb. Əlbəttə, biz hələ də olmaq istədiyimiz mövqedə deyilik, amma hər şeyi etməyə, nəyin düzgün işləmədiyini və nəyi yaxşılaşdırmaq olacağını anlamağa çalışırıq. Ən önəmlisi odur ki, komanda nəzərəçarpacaq irəliləyiş əldə edib.

Keçən il biz mövsümün sonuna qədər çempionluq uğrunda mübarizə apardıq. McLaren də eyni idi. Düşünürəm ki, məhz buna görə indi hər iki komanda yeni reglamentə hazırlığa daha əvvəl keçənlərə nisbətən bir qədər geri qalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*