Alpine hiyləgərlik edir?

Almaniyanın Sport1 telekanalının müxbiri Ralf Bax yerli F1-insider nəşrinə bildirib ki, FİA qanadların test tələblərini sərtləşdirmək barədə qərarı heç də Red Bull komandasına görə qəbul etməyib.

F-1.az xəbər vermişdi ki, Fransa yarışından etubarən FİA komandalar üzərində nəzarətə artıracaq. Əksəriyyət düşünürdü ki, bu qərar Red Bull komandasına görə çıxıb, amma Ralf Bax bunu təkzib edib.

Jurnalistin sözlərinə görə, RB-də doğrudan da hər şey qaydasındadır, problem isə Alpine komandasının arxa qanadındadır və məhz buna görə də Fransa Qran Prisində tələbləri sərtləşdirmək qərara alınıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*