F.Alonso kartodromda məşq edib

Malayziya Qran Prisindəki qələbəsindən sonra Fernando Alonso Maranelloya Ferrari-nin bazasına qayıdıb və öz bloqunda xəbər verib ki, doğma İspaniyaya qayıtmazdan […]

Malayziya Qran Prisindəki qələbəsindən sonra Fernando Alonso Maranelloya Ferrari-nin bazasına qayıdıb və öz bloqunda xəbər verib ki, doğma İspaniyaya qayıtmazdan öncə bir neçə gün İtaliyada dincəlməyi planlaşdırıb.

Amma ikiqat dünya çempionu aktiv istirahətə üstünlük verir, məsələn, şənbə günü səhər tezdən yaxın dostları ilə birlikdə kartodromda doyunca kart sürüb.

Bundan sonra Alonso Twitter-dəki mikrobloqunda yazıb ki, “Bu gün dostlarımla görüşdüm ki, kartodromda dincələk! Ən böyüyümüzün 38, ən balacamızın 6 yaşı var. Hamımızı isə eyni ehtiras birləşdirir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*