Y.Trulli Alonso ilə həmrəydir

İtaliyanın La Stampa qəzeti Yarno Trullinin üçqat dünya çempionu və keçmiş komanda yoldaşı Fernando Alonsonun mövqeyi ilə həmrəy olduğunu və […]

İtaliyanın La Stampa qəzeti Yarno Trullinin üçqat dünya çempionu və keçmiş komanda yoldaşı Fernando Alonsonun mövqeyi ilə həmrəy olduğunu və FİA-nın Ümumdünya Şurasının qərarlarını tənqid etdiyini yazıb…

Yarno Trulli: “Bu qərarlarda mənfi faktorlar daha çoxdur və müsbət faktor isə heç yoxdur. Çempionun qələbələrin sayına görə təyin olunması isə çempionata bütün marağı öldürə bilər – Əgər sürücülərdən biri 2002-ci və ya 2004-cü illərdə olduğu kimi dominantlıq etsə, onda titul uğrunda mübarizə o vaxt olduğundan da tez qurtara bilər.

Federasiyanın təklif etdiyi düzəlişlər Formula1-ə mənfi təsir edəcək, baxımlılığı artırmağın və auditoriya ilə yaxınlaşmağın üzərində işləmək lazımdır, amma bu zaman Formula1-in ruhunu, onun ilkin qiymətlərini dağıtmaq lazım deyil. Mən çox, çox narahatam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*