M.İzola: Kanada QP ən möhtəşəm yarışlardan biridir

Kanada Qran Prisində Pirelli ən yumşaq təkərlər üçlüyünü - C3, C4 və C5 tərkiblərini gətirəcək.

F-1.az xəbər verir ki, şirkətin avtoidman bölməsinin rəhbəri bu seçimi şərh edib.

Mario İzola: “Kanada Qran Prisi ənənəvi olaraq təqvimin ən möhtəşəm yarışlarından biridir. Tras ötmə yerlərinin olması və digər xüsusiyyətlər səbəbindən insidentlər və sürprizlərlə zəngindir. Adətən bu tip traslarda olduğu kimi, biz ən yumşaq üçlüyü – C3, C4 və C5-i gətirəcəyik. Keçən il də burada eyni təkərlər var idi. C5-in təsnifat mərhələsində istifadə ediləcəyini gözləyirik, C3 və C4 isə yarışda əsas söz sahibi olacaqlar.

Asfalt kifayət qədər hamardır, lakin bu yarımstasionar yol çox tez-tez istifadə edilmir, buna görə də həftəsonu irəlilədikcə səthin vəziyyətində kifayət qədər sürətli yaxşılaşmanın şahidi olacağıq. Monrealda sürətli döngələr yoxdur və əsas amil yavaş döngələrdən sürətlənərkən avtomobilin səmərəliliyi, əyləc sabitliyi və istiqaməti dəyişdirərkən çeviklik olacaq.

Bu həftə sonu nəzərə alınacaq digər vacib element havadır. Şərtlər tez-tez dəyişə bilər – yalnız nəmdən quruya doğru deyil, nəzərəçarpacaq temperatur oynamaları ilə. Keçənilki təsnifat zamanı asfaltın temperaturu 17 dərəcə idi, yarışda isə bu rəqəm 40-a çatmışdı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*