21 Sentyabr 2019, Şənbə - 23:41

FİA Bəhreyndəki vəziyyəti izləyir

FİA Bəhreyndəki vəziyyəti izləyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:20 - 10 Aprel, 2012

Beynəlxalq Avtomobil Federasiyası Bəhreyndəki vəziyyəti diqqətlə izləməyə davam edir. FİA-nın nümayəndəsinin Reuters agentliyinə bildirdiyinə görə, federasiya ölkədə baş verən son […]

Beynəlxalq Avtomobil Federasiyası Bəhreyndəki vəziyyəti diqqətlə izləməyə davam edir. FİA-nın nümayəndəsinin Reuters agentliyinə bildirdiyinə görə, federasiya ölkədə baş verən son hadisələrdən xəbərdardır…

Federasiya nümayəndəsi bildirib: “FİA Bəhreyndəki vəziyyəti daim izləyir və qiymətləndirir. Biz hər gün ölkə rəhbərliyi ilə, ölkədəki Avropa səfirlikləri ilə əlaqə saxlayırıq, əlbəttə, Qran Prinin promouterini də unutmuruq.

FİA təhlükəsizlik təminatçısı kimi çıxış edir və yerli hökumətə etibar edir, məhz onlar təhlükəsizliyi təmin edirlər. Bəhreynin ali rəhbərliyi bir neçə dəfə bildirib ki, bütün təhlükəsizlik məsələləri nəzarət altındadır.”

Çox güman ki, Saxir yarışının taleyi Çin Qran Prisinin gedişində həll olunacaq…


FİA Bəhreyndəki vəziyyəti izləyir

FİA Bəhreyndəki vəziyyəti izləyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:43 - 16 Fevral, 2011

FİA Bəhreyndə hadisələrin inkişafını izləyir – ölkədə siyasi böhran yetişməkdədir, amma federasiyanın nümayəndələri hesab edirlər ki, son günlər baş verən […]

FİA Bəhreyndə hadisələrin inkişafını izləyir – ölkədə siyasi böhran yetişməkdədir, amma federasiyanın nümayəndələri hesab edirlər ki, son günlər baş verən hadisələr mövsümün ilk Qran Prisinin keçirilməsinə mane olmayacaq.

Bu gün vəziyyəti FİA-nın mətbuat katibi Norman Hauell şərh edib: “Aydındır ki, biz hadisələrin inkişafını izləyirik və diqqət yetiriləsi faktlar var. İstənilən böyük idman tədbiri potensial olaraq müxalifətlə əlaqələndirilə bilər, lakin biz Bəhreyn federasiyasının vəziyyəti sahmana salmasına əminik.

Hazırda Bəhreyndə GP2 yarışına hazırlıq gedir, orada FİA-nın personalı da var, onlar trasın sahibləri və başçıları ilə sıx əlaqədə işləyirlər. Biz məsələni uğurla həll etmək üçün əməkdaşlıq edirik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər
Paylaş

logo