N.Latifi nömrə seçimini bəyan edib

Williams komandasının debütantı Nikolas Latifi Formula-1-də çıxış edəcəyi nömrəni seçib.

F-1.az bildirir ki, kanadalı sürücü seçimini 6 rəqəminin üzərində saxlayıb. Xatırladaq ki, daha əvvəl bu nömrəni Niko Rosberq istifadə edirdi.

Nikolas Latifi qısa videoda öz seçimini belə izah edib:

“Hamıya salam! Əminəm ki, mənim debüt mövsümündə hansı nömrə ilə çıxış edəcəyim hamıya maraqlıdır. Mən 6-nı seçdim. Niyə? Mən Torontodanam, bu şəhər isə altılıq kimi tanınır. Əgər siz o şəhərdənsinizsə, onda sizin telefon nömrəniz ya 416, ya da 647 ilə başlamalıdır. Nəticədə mən 6-nı seçdim”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*