N.Latifi Kanadada trasa çıxmayacaq

Renault komandasının kanadalı test sürücüsü Nikolas Latifi gələn ay keçiriləcək Kanada QP-nin sərbəst yürüşlərində iştirak etməyəcək...

F-1.az xatırladır ki, Nikolas Latifi Renault komandasına mart ayında qoşulmuşdu. Amma bəzi xəbərlərə görə, Latifi Renault komandası ilə Kanada QP-də trasa çıxa bilməyəcək.

Latifi həftənin 4-cü günü Silverstoun trasında Renault komandasındakı ilk testini başa vurub. Kanadalı sürücü Lotus-un 2012-ci bolidi olan və V8 mühərriklə təchiz edilmiş E20 ilə 140 dövrə vurub.

Nikolas Latifinin meneceri bu barədə danışıb: “Nikolasın hansı sərbəst yürüşlərdə iştirak edəcəyi hələ də açıqlanmayıb, amma onu deyə bilərəm ki, o, Kanadada trasa çıxmayacaq.

Latifi Kanadada ilk sərbət yürüşlərdə çıxış etməyəcək. Çünki GP2 mövsümünün 3-cü yarışı Bakı ilə Kanada yarışı arasında bir həftə fərq var. Buna görə də, bu qərara gəldik. Hazırkı dövr Latifi üçün çox vacibdir, çünki ilk dəfə GP2 seriyasında bütün mövsüm ərzində çıxış edir və oraya fokuslanmalıdır. Latifi bir dəfə birinci sərbəst yürüşlərə çıxa bilər və ümid edirəm ki, bununla əlaqədar sizə yaxın zamanda məlumat verə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*