S.Abitebul: “Çətin həftəsonu idi”

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Monakoda çox çətin bir həftəsonunu geridə qoyublar.

F-1.az xatırladır ki, Hülkenberq yarışda 10-cu yerə qədər yüksəlsə də, ötürmələr qutusundakı problemə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı. Palmer isə 11-ci yeri tutaraq, növbəti dəfə xal üzünə həsrət qalıb.

Siril Abitebul: “Sıralanma turundan sonra Nikonun ötürmələr qutusunda problem olduğunu anlamışdıq, lakin startda yer itirməmək üçün dəyişdirmədik. Dəyişdirsək, Monako kimi yerdə şansımız olmazdı. Tempimiz yaxşı olsa da, aldığımız risk işə yaramadı və qorxduğumuz baş verdi. Palmer səhvsiz yarış keçirsə də, xal qazana bilmədi. Kanadada daha güclü olmağı gözləyirik. Monrealdakı yarışa daha yaxşı formada gedəcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*