N.Latifi növbəti mövsümü səbirsizliklə gözləyir

Gələn il Williams-la yarışmağa hazırlaşan Nikolas Latifi bildirib ki, növbəti mövsümü səbirsizliklə gözləyir.

F-1.az xatırladır ki, kanadalı sürücü 4 ildir ki, Formula2-də mübarizə aparır və bu il sonuncu Əbu Dabi Qran Prisindən əvvəl ikinci yerdədir. 24 yaşlı pilot uzun müddət gözlədikdən sonra gələn il Williams komandası ilə Formula1-də debüt edəcək.

Nikolas Latifi: “Gələn ildən yarış pilotu olacam və çox həyəcanlıyam. Bu il onlarla işləməkdən, trasda və bazada onlara kömək etməkdən həzz aldım. Onlarla davam edən bu macəranı səbirsizliklə gözləyirəm. Avstraliya yarışl üçün indidən həyəcanlıyam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*