N.Latifi Force İndia-nın test sürücüsü olub

Nikolas Latifi bu ildən etibarən Force İndia komandasınım ehtiyat və test sürücüsü olacaq.

F-1.az xəbər verir ki, gənc sürücü bu müqaviləyə əsasən, gənc sürücü testlərində və birinci sərbəst yürüşlərdə sükan arxasına keçəcək.

Qeyd edək ki, Latifi 2017-ci ildə Formula2 seriyasında 5-ci olub və 2016-cı ildə Renault komandasında test sürücü vəzifəsini icra etmişdi.

Komandanın rəhbəri Vicey Malya bu barədə belə danışıb: “Nikolas Formula2-də güclü mövsüm keçirdikdən sonra bizə qoşulur və gənc sürücü proqramımızı gücləndirir. Simulyator proqramımızı dəstəkləyəcək və cümə sərbəst yürüşlərində komanda ilə işləyəcək. Nikolas burada çox şey öyrənəcək. Formula1-də karyera qurmaq üçün çox səbirsizlənir”.

Nikolas Latifi: “Force İndia komandası son illərdə davamlı olaraq inkişaf edir. Gözəl hekayəsi olan bu komandaya qoşulduğum üçün sevinirəm. Əsl gücümü göstərib komandaya kömək etmək üçün səbirsizlənirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*