Red Bull yeni maşınını təqdim edib (video)

Red Bull komandası yeni mövsüm üçün hazırladığı RB13 maşını barədə hazırladığı videoçarxı saytında yerləşdirib.

F-1.az xatırladır ki, yeni maşın sabah Barselona testlərində debüt edəcək.

Maşın ənənəvi rəng çalarılarına boyanıb. Ədrian Nyui 2011-ci ilin maşınında tətbiq etdiyi hava kanalından yeni maşının burnunun ucundakı çıxışı xəbər verir. Enli təkərlərlə yeni maşın çox estetik görünür.