FİA-nın stüardlarının yaydıqları bəyanata Lyuis Həmiltonun komandası ilə Avstraliya Qran Prisinin son dövrələrindəki radiodanışıqların mətni də əlavə olunub…
Komanda (K): Lyuis, əmin olmaq lazımdır ki, TM qarşıdadır, ötmək olmaz. Ötmə qadağandır!
Lyuis Həmilton (LH): İkinci döngədə Toyota trayektoriyadan çıxdı, bu normaldır?
K: Qəbul etdik, Lyuis. Təqsdiq edəcəyik və əlaqəyə qayıdacayıq.
LH: O trasdan kənara çıxıb, o dövrəyə geniş girib.
K: Lyuis Toyota-nı irəli buraxmaq lazımdır. Onu indi burax.
LH: Ok.
LH: O düz mənim qabağımda yavaşıdı.
K: Ok, Lyuis. Yerini qoru, biz Çarli (yarış dierktoru Çarli Uaytinq) ilə danışarıq.
LH: Mən artıq onu buraxdım.
K: Ok, Lyuis. Hər şey qaydasındadır. Yerini qoru. Yerini qoru.
LH: Çarliyə deyin ki, mən onu keçmişdim və sonra yerimi geri qaytardım.
K: Başa düşürəm, Lyuis, biz yoxlayırıq. Sarı G5-i işə sal, sarı Golf5.
LH: Mən onu buraxmalı deyildim, mən yerimi qaytarmalıyam, əgər o səhv edibsə.
K: Bəli, biz başa düşürük, Lyuis. Biz kitaba baxırıq. Biz Çarliyə sual vermişik. Hazırda sən dördüncüsən, yerini qoru.
K: Lyuis, KERS doludur, KERS doludur. Hazır ol. Qara F2-yə qayıtmaq olar, qara Fosktrot2.
LH: Çarlidən məlumat var, mən yerimi qaytara bilərəm?
K: Biz cavab gözləyirik, Lyuis, hələ gözləyirik.
K: Lyuis, əyləclərlə işlə, ön əyləclər soyuyub.
K: Əgər KERS-dən istifadə etsən yaxşı olar. Əgər KERS-dən istifadə etsən, indi et.
K: Ok, Lyuis, bu sonuncu dövrədir. Dövrənin sonunda TM trası tərk edəcək, siz sadəcə ötməsiz finiş xəttini keçin, ötməsiz. Biz Trulli ilə məsələni öyrənirik, sadəcə yerini qoru.