L.di Montedzemolo: “Mik böyüməlidir”

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, gənc istedad Mik Şumaxerin Formula1 sürücüsü olması üçün böyüməsi lazımdır.

F-1.az xatırladır ki, keçən il Avropa Formula3 seriyasının qalibi olmuş almaniyalı sürücü bu yaxınlarda Ferrari-nin gənc sürücü proqramına qatılıb.

Luka di Montedzemolo: “Mik Şumaxer? Onu sevirəm. Miki bələkdə anadan olandan tanıyıram. O, ciddi, ağıllı oğlandır. Amma böyüməlidir. Atası kimidirmi? Bunu demək üçün tezdir. Lakin ümid edirəm ki, elədir”.

Formula1 üzrə iki qat Dünya Çempionu olan Fernando Alonso da əzəli rəqibi Mixael Şumaxerin oğlu Miki dəyərləndirib: “Onun istedadı var. F1-də yenidən Şumaxer adının olması idman üçün yaxşıdır. Görək gələcəkdə nə olur. Hazırda üzərində böyük təzyiq var. Hər şeyi zaman göstərəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*