McLaren qızdırma problemlərini həll edir

İkiqat diffuzorların qadağan olunmasından sonra komandalar maşının arxa hissəsində asfalta yatma qüvvəsinin itkisini kompensə etməyə çalışıblar. Bu problemin müxtəlif həll […]

İkiqat diffuzorların qadağan olunmasından sonra komandalar maşının arxa hissəsində asfalta yatma qüvvəsinin itkisini kompensə etməyə çalışıblar. Bu problemin müxtəlif həll yolları seçilib – Williams arxa asılqanın effektivliyini artırıb, McLaren isə Red Bull və Ferrari-dən fərqli olaraq, işlənmiş hava axınını birbaşa diffuzora verib.

Bu cür qərarların tətbiqi zaman tələb edir və bəzən yalnız baza şəraitində mümkün olmur. Xeres və Barselona testlərində McLaren mühəndisləri ciddi problemlə üzləşiblər – qızmış işlənmiş hava axını maşının arxa hissəsini çox qızdırıb, soyutma sistemi isə kifayət qədər effektiv olmayıb.

Bir çox ekspertlər hesab edir ki, işlənmiş havanı buraxan sistemlə aktiv eksperiment edən komandalara isti Qran Prilərdə çətin olacaq, amma McLaren artıq soyuq Barselonada problemlərlə üzləşib – son günlər isə komanda sistemin ənənəvi konfiqurasiyasından istifadə etməli olub ki, maşının digər elementlərinin işləməsini yoxlasın.

Buna baxmayaraq, komanda maraqlı və effektiv sistemin tətbiqindən imtina etmir – Uokinqdə sistemin optimallaşdırılması üzərində iş gedir, mart testlərində sistemin yeni versiyası debüt etməldiir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*