06 Dekabr 2019, Cümə - 23:00

N.Hauq: “Şumaherin testlərinə icazə vermək lazımdır”

N.Hauq: “Şumaherin testlərinə icazə vermək lazımdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:38 - 03 Avqust, 2009

Bu ildən mövsümün gedişində testlər qadağan olunub, amma bütün komandalar icazə versələr, Mixael Şumaher üçün istisna edilə bilər. Deyilənlərə görə, […]

Bu ildən mövsümün gedişində testlər qadağan olunub, amma bütün komandalar icazə versələr, Mixael Şumaher üçün istisna edilə bilər. Deyilənlərə görə, artıq FOTA-nın icazəsi alınıb, amma bütün komandaların razılığı lazımdır, çünki testlərə qadağanı da bütün komandalar təsdiq etmişdilər. Mercedes-Benz Motorsport-un vitse prezidenti Norbert Hauq Ferrari-yə imtina etməyə lüzum görmür…

Norbert Hauq: “Mixaeli dəstəkləmək üçün biz hər şeyi edəcəyik. Məncə, bu ədalətli istisna olardı – əgər Şumaher desəydi ki, yalnız testlərə icazə verilməsi şərtində Formula1-ə qayıdacam, onda hər bir kəs razılığını verərdi. Onun komanda yoldaşı bu maşının testlərində minlərlə kilometr məsafə qət edib, Mixaelin isə belə bir təcrübəsi yoxdur – əgər biz ədalətdən danışırıqsa, onda niyə o testlərdə iştirak etməməlidir? Mən bu fikri dəstəkləyirəm.

Hətta debütantlar üçün də istisna etmək lazımdır. Əgər məndə Xayme Algersuarinin testləri üçün icazə istəsəydilər, mən razılıqla cavab verərdim, amma biz rəsmi müraciət almamışdıq. Bəlkə bəziləri Mixaelin testlərinə razı olmayacaqlar, amma Formula1 dünyası çox dardır, hər birimizə kömək lazım ola bilər. Söhbət hədiyyədən və ya minnətdən getmir, bu həqiqətən ədalətli istisnadır.

Mixael çox rəqabətədavamlı sürücüdür, yalnız cümə günü sərbəst yürüşlərdə bu işin öhdəsindən gəlmək üçün o kifayət qədər yaxşıdır, əlbəttə, maşınla problemlər yaşanmasa. Əgər maşın qələbə qazanmağa imkan versə, o qələbə qazanacaq, axı Valensiyanın xüsusiyyətləri Hunqarorinqə çox yaxındır, Macarıstanda isə Ferrari çox sürətli idi.

Felipe Massa ciddi qəzadan sonra sağalır və tezliklə hospitalı tərk edəcək. Mixael Şumaher Formula1-ə qayıtmağa hazırlaşır – doğrudan da Formula1 üçün xoş xəbərlərdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 252
Teqlər
Paylaş

logo