17 Dekabr 2018, Bazar ertəsi - 23:36

F.Massa: “Yarış əla keçdi”

F.Massa: “Yarış əla keçdi”

Müəllif: Rauf Hacıyev, redaktor

07:52 - 18 Aprel, 2016

Williams komandasının sürücüsü Felipe Massa Çində 6-cı yeri tutduqdan sonra bildiirb ki, yarış onun üçün əla keçib.

F-1.az xatırladır ki, Massa yarışa 10-cu yerdən başlamışdı, amma braziliyalı startda 3 rəqibini keçməklə yarış ərzində düzgün strategiya seçərək, yarışı 6-cı yerdə bitirib. Massa yarışın sonunda Lyuis Həmiltona qarşı mükəmməl müdafiə olunub.

Felipe Massa: “Yaxşı yarış idi. Yarışboyu rəqiblərimlə mübarizə apardım və düzgün strategiya seçdik. Təhlükəsizlik avtomobili çıxanda, qorxdum ki, strategiya pis işləyər, amma təhlükəsiliz avtomobilindən sonra performansım əla idi və rəqiblərimlə fərqi artrmağa başladım.

Bu gün təkərlərə yaxşı nəzarət etdik. Performansımdan olduqca razıyam. Yarış mənə həzz verdi”.

Massanın komanda yoldaşı Valtteri Bottas isə məyusdur: “Yarış mənim üçün pis keçdi. Startda Ferrari-lərin insidentinə görə geriyə düşdüm. Yarışın əvvəli yaxşı idi. Soft təkərlərlə tempim çox yaxşı idi, amma Medium təkərlərdə temp yox idi və bolidin asfaltla ilişməsi zəif idi.

Boliddə hər şeyin düz olub-olmadığını yoxlamalıyıq. Bu gün yarışın sonu çox çətin keçdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 428
Teqlər , ,
Paylaş

logo