18 Dekabr 2018, Çərşənbə axşamı - 15:26

Red Bull yeni maşınını fevralın 1-də göstərəcək

Red Bull yeni maşınını fevralın 1-də göstərəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:42 - 20 Yanvar, 2011

Red Bull komandası Twitter-dəki rəsmi mikrobloqunda yeni şassinin təqdimatı tarixini elan edib. RB7 jurnalistlərə fevralın 1-də səhər Valensiyada Rikardo Tormo […]

Red Bull komandası Twitter-dəki rəsmi mikrobloqunda yeni şassinin təqdimatı tarixini elan edib. RB7 jurnalistlərə fevralın 1-də səhər Valensiyada Rikardo Tormo adına avtodromun pit-leynində göstəriləcək…

Xatırladaq ki, elə həmin gün Formula1-in mövsümöncəsi testlərin birinci seriyası start alacaq, ona görə də komanda təmtəraqlı təqdimat mərasimi keçirməyəcək, Sebastyan Fettel və Mark Uebber pərdəni açcaqlar, sonra qısa fotosessiya olacaq və maşın trasa çıxacaq.

Fevralın 1-də Mercedes GP, Williams, Toro Rosso və Team Lotus komandaları da yeni maşınlarını göstərəcəklər, bir gün əvvəl isə Lotus Renault GP və Sauber komandaları təqdimat mərasimi keçirəcəklər. Hamıdan əvvəl isə Ferrari jurnalitsləri Maranelloya toplayacaq – yanvarın 28-də bütün dünya yeni reqlamentin tələblərinə uyğun ilk maşını görəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər
Paylaş

logo