Corc Rassell: Bakı təqvimdə ən yaxşı tras olsa da…

Mercedes komandası Corc Rasselldən 2023-cü il mövsümü üçün bütün trasları dörd kateqoriyaya bölərək sıralamağı xahiş edib: “Yüksək səviyyə”, “Əla”, “Yaxşı” və “Belə də”.

F-1.az xəbər verir ki, onun bunu necə etdiyinə dair video çəkilib, burada Corc trasları xüsusi stolun üzərinə düzür və onları heç də həmişə konkret qrupa aid etmir: məsələn, o, jil Vilnövün adını daşıyan Monreal trasını “əla” və “yaxşı” arasında bir yerə qoyub. Yeri gəlmişkən, Melburnun Albert Parkı kimi.

O, ən yüksək qiymətlərlə İmola, eləcə də Ciddə traslarını təltif edib, orada pilotluğun böyük hisslər verdiyini vurğulayıb. Niderland Qran Prisinin keçirildiyi Zandfortu əvvəlcə bu kateqoriyanın sərhədində yerləşdirmək istəyib, lakin sonra fikrini dəyişib və ən yüksək kateqoriyaya aid edib.

Eyni reytinqə o, keçən il ilk qələbəsini qazandığı İnterlaqosu, eləcə də Silverstoun, Suzuka və Spanı da layiq bilib.

Macarıstanın Hunqarorinqini, eləcə də Texasın Oston trasını Rassell əla tras kimi qiymətləndirilib – sürət və təbii konfiqurasiyaya görə. Bu kateqoriyaya Sinqapurdakı şəhər trası, Qətərdə kifayət qədər yeni Formula1 trası və köhnə Monza daxil edilib.

Lakin İspaniya Qran Prisinin keçirildiyi Kataloniya avtodromunu Mercedes sürücüsü “yaxşı” qiymətləndirib. Eyni qrupda o, Əbu Dabidəki Yas Marina trasını, Bəhreynin Saxir və Mayamidəki şəhər traslarını yerləşdirib. Onun sözlərinə görə, dar və döngələrlə zəngin olan sonuncu sektordan başqa orada hər şey qaydasındadır.

Rodriges qardaşlarının adını daşıyan Meksika avtodromu haqqında Corc belə deyib: “Meksikalı azarkeşləri, trasdakı atmosferi çox bəyənirəm, Mexiko şəhərini sevirəm, amma avtodromu sevimlilərimdən biri adlandıra bilmərəm”.

O, Bakı trasını da ən aşağı qrupa göndərib və bununla bağlı belə söyləyib: “Bəlkə də Bakı yarışmaq üçün təqvimdə ən yaxşı trasdır, amma pilotluq baxımından bu, dünyanın ən maraqlı trası deyil, ona görə də aşağı qoyacağam. Bağışla, Bakı!”

Lakin o, Avstriyanın əfsanəvi Red Bull Rinq avtodromunu ən orijinal şəkildə təsvir edib: “Yalnız adına görə onu “Belə də” qrupuna aid etmək lazımdır!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*