Corc Rassell: Mən sadəcə podiuma görə şadam

Corc Rassell startda yerindən yaxşı tərpənə bilməyib və komanda yoldaşını irəli buraxıb. Buna görə də komanda onun taktikasını dəyişib və o, Kimi Antonellinin qabağına düşüb, lakin komandanın göstərişi ilə Kimini irəli buraxıb. Yarışın son dövrələrində Corc Lyuis Həmiltonun inadlı hücumlarını dəf etmək məcburiyyətində qalıb, lakin mövqeyini qoruyaraq yarışı podiumda başa vura bilib...

Corc Rassell: “Start çətin alındı – mən mövqe itirdim, Lando və Kimi isə ilk dövrələrdə çox sürətli idilər, finişə yaxın isə Lando inanılmaz dərəcədə sürətli idi. Köhnəlmiş təkərlərlə onu arxada saxlamaq çətin idi. Podiumda yer aldığıma sevinirəm, çünki daha aşağı pillələrdə finiş görə də bilərdim.

Kimi bütün yarış boyu onsuz da məndən öndə idi, buna görə də finişi məndən irəlidə başa vurmağa layiq idi. Əlbəttə, yarışa başçılıq edəndə hər mövqe uğrunda mübarizə aparmaq istəyirsən, amma temp və təkərlər arasındakı fərqi nəzərə alsaq, o, onsuz da məni ötəcəkdi, ona görə də qərar düzgün idi.

Dediyim kimi, podiuma yüksəldiyim üçün sadəcə sevinirəm – uzun müddətdir orada olmamışdım. Ümumilikdə, həftəsonu yaxşı keçdi və müsbət məqamları yadda saxlayacağam”.