C.Rassell: İnkişafımız göz qabağındadır

Mercedes komandasının sürücüsü Corc Rassell yarışa pouldan başlayacağı üçün sevinclidir.

F-1.az xatırladır ki, britaniyalı sürücü sprint yarışına üçüncü yerdən başlasa da, əvvəlcə Maqnusseni, sonra da Ferstappeni keçərək, qalib olub. Bu onun sprint yarışlarında ilk qələbəsidir.

Corc Rassell: “İnanılmazdır. Belə performansı gözləmirdim. Bu bizim komanda olaraq inkişafımızı göstərir. Ostindəki yarışdan bəri bolidimiz güclüdür. Maks Soft təkərdə olsa, yarış necə bitərdi bilmirik.

Ötmə etmək çətin idi. Sprint yarışı olduğu üçün diqqətli olmalı idik. Bu qələbə üçün olsam da, səhv edib xalsız da qala bilərdim. Ancaq bunu bacardıq və üçüncü cəhddə şanslı idim.

Lyuislə ilk cərgədəyik və buradan başlamaq dəlisovluqdur. Lyuis bu gün 8-ci yerdən yüksələrək, əla iş gördü. Sabah Maks uçaraq gələcək, amma stratefiya olaraq biz daha üstünük”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*