21 Noyabr 2019, Cümə axşamı - 14:55

L.Həmilton: “Porebriklər qəza etməyimə səbəb oldu”

L.Həmilton: “Porebriklər qəza etməyimə səbəb oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

08:19 - 23 İyul, 2016

Lyuis Həmilton ikinci sərbəst yürüşlərdə keçirdiyi qəzanın səbəbi kimi porebrikləri göstərib…

F-1.az xatırladır ki, britaniyalı sürücü 11-ci döngədə porebriklərə hücumdan sonra bariyerlərə çırpılmışdı.

Lyuis Həmilton: “Əlimdən heç nə gəlmədi. Hər şey ani oldu. Yeni ağ porebriklər var. Onlara toxundum və hooop, məni uçurtdu. Çox sərt olsa da, bu trası sevirəm. Buna görə də bu axşamı yüksək əhval ruhiyyədə keçirib, sabah daha güclü qayıtmaq istəyirəm. Sessiyanı oturub izlədim. Rosberq sessiyanı yaxşı keçirdi və buna görə də gecə işləməliyəm. Sabah nəyə ehtiyacım olduğunu və nə etməli olduğumu bilirəm. Bu axşam böyük ehtimalla bir film izləyəcəm və daha sonra yemək yeyib, istirahət edəcəm”.

Həmilton qəzadan sonra pitə gələndə, geri dönəcəyini düşünsə də, komanda asılqanlara görə onu yenidən trasa buraxmayıb: “Mən düşündüm ki, ön qanadın kənarları və saydpodum zədələnib və trasa qayıda bilərəm. Asılqanlarda problem yox idi, ancaq bir az çox yüklənmə var idi. Yenidən trasa qayıda bilərdim, amma asılqalar qırılsaydı, axmaq kimi görünərdik”.

Həmilton Rosberqin yeni müqaviləsi barədə də danışıb: “Problem yoxdur. Komanda yoldaşımın kim olması vacib deyil. Komandadakı stabillik üçün yaxşı addım idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 324
Teqlər , ,
Paylaş

logo