T.Volff: “Həmiltonun bəxti gətirdi”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmilton yarışı bitirdiyi üçün şanslıdır...

F-1.az xatırladır ki, 2016-cı il mövsümü Həmilton üçün pis başlayıb. Uğursuzluqlar Soçidə də davam edib. Britaniyalı sürücü sıralanma turunda ERS-lə bağlı problem yaşayıb və komanda yarış ərəfəsində bütün gecəni işləməli olub.

Həmilton yarışa 10-cu yerdən başlayıb və qəzalara görə startda bir neçə pillə irəliləyib. Britaniyalı sürücü birinci pit-stopdan sonra 2-ci yerə yüksəlib.

Lyuis Həmilton bütün problemlərə baxmayaraq finiş görə bilib. Toto Volff isə hHəmiltonun finiş gördüyü üçün şanslı olduğunu qeyd edib: “Komanda əla işlədi və bütün gecə işləyərək bolidi yaxşı vəziyyətə gətirdilər.

Yarışda pit-stopdan sonra suyun təyziqi düşdü.

Problemin hardan əmələ gəldiyini tam bilmirik. Bunun üzərində işləyəcəyik və əsas odur ki, Həmilton yarışı finişə qədər gətirdi və podium qazandı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*