D.Kroft: Rəqibləri Red Bull-un yanında F2 komandalarını xatırladır

Formula1 jurnalisti Devid Kroft bildirib ki, Red Bull rəqibləri ilə mübarizədə F1 və F2 maşınlarının mübarizəsini xatırlayır.

F-1.az xatırladır ki, Ferstappen Ciddədəki yarışa 15-ci yerdən başlasa da, finişə ikinci yerdə çatıb. Corc Rasseli DRS ilə hücum edən Maksı arxasında saxlamaqda aciz qalıb.

Devid Kroft: “Corc Rassell Red Bull-u arxasında tutmaq üçün nə edə bilərdi? Onun DRS-dən istifadə etmirdi, amma Maks edirdi. Çox asan ötmə oldu.

İki bolid arasındakı fərq F2 və F1 bolidlərinin fərqini xatırladır. Bunu Mercedes komandasını alçaltmaq üçün demirəm. Sadəcə Red Bull başqa liqadadır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*