C.Rassell: Ferstappen bizi keçəcək

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, yarışı Maks Ferstappenin önündə bitirə bilməyəcək.

F-1.az xatırladır ki, britaniyalı pilot poul qazanan Leklerdən 1.3 saniyə geridə qalıb 6-cı olsa da, öndəki pilotların cəza almaları ilə yarışa 2-ci yerdən start verəcək.

Corc Rassell: “Düzünü desəm, yaxşı gün keçirmədik. Sıralanma turunun ilk sessiyası əla idi. Ferrari-dən cüzi fərqlə geridə qalırdıq. Düşündüm ki, sonra da eynisi olar. Maksiumum 0.4 saniyə geridə qalacağımızı düşünürdüm, amma 1.4 saniyə geridə qaldıq. Bu yaxşı hal deyil.

Norris və Alonsonun geridə qalmaları yaxşı oldu. Sabah ikinci yer uğrunda qırğın gedəcək. Lekler və Ferstappenlə yarışmaq istərdim, amma bizdən çox sürətlidirlər. Sabahkı minimum hədəfimiz podiuma yüksəlməkdir. Görək necə olur.

Maks sabah bizi qabaqlayacaq. Ən geci 15-ci dövrədə bizdən öndə olacaq. Burada ötmə etmək Spadakı kimi asan deyil, amma onlar çox sürətlidirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*