M.Uebber: “Mən düzgün təkər seçimi etdim”

Mark Uebber karyerasında ikinci poulunu çətin şəraitdə qazanıb: sıralanma turunun sons essiyasında o ən yaxşı nəticəsini keçid təkərlərlə göstərib, amma […]

Mark Uebber karyerasında ikinci poulunu çətin şəraitdə qazanıb: sıralanma turunun sons essiyasında o ən yaxşı nəticəsini keçid təkərlərlə göstərib, amma onun rəqibləri bu zaman risk etməyərək trasa yağış təkərlərlə çıxıblar…

Mark Uebber: “Əlbəttə, hamı üçün sıralanma turu çətin oldu. İlk iki sessiyada trasa çox su yığılmışdı, yaxşı dövrə vurmaq çətin idi. Top-komandaların bəzi sürücüləri elə birinci sessiyada mübarizəni dayandırdılar. Bu məni təəccübləndirdi, bir daha gördük ki, trasa çıxmağın düzgün vaxtını seçmək nə qədər vacibdir.

Poula görə isə mən öz mühəndisimə təşəkkür etmək istəyirəm, məhz o mənə keçid təkərlərinə keçməyi məsləhət gördü. O məndən trasın vəziyyətini soruşdu və dedi ki, əgər hava belə olarsa, üç-dörd dövrədən sonra keçid təkərlə yaxşı nəticə göstərmək mümkün olacaq.

Bəzi yerlərdə, məsələn, 2-ci döngədə, sonuncu döngənin əylənməsində çox sürüşkən idi, maşın akvaplaninqə düşürdü. Amma mən düzgün təkər seçimi etdim: trayektoriyanı tutmağa çalışdım və məndə hər şey alındı.

Məlumdur ki, hələlik yarışlar bizim üçün uğursuz keçir, amma komanda çox gərgin işləyir və biz sabah maksimum yaxşı çıxış etməyə çalışacayıq. Biz dünən və bu gün yaxşı işləmişik, başa düşürük ki, sabah həm məni, həm də Sebastyanı çətin yarış gözləyir. Yarış uzundur, iki saat ərzində trasda hər şey ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*