H.Marko: Asan olmayacaq

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, çempionluğu əldə etmək o qədər asan olmayacaq.

F-1.az xatırladır ki, Red Bull komandası Bəhreyndə asanlıqla ilk iki yeri tutmuş və bundan sonra Mercedes komandasının sürücüsü Corc Rassell başda olmaqla əksəriyyət bu il “qırmızı öküzlər” in bütün yarışları qazanacaqlarını demişdi.

Helmut Marko: “Rassell bəlkə də, Bəhreyn yarışından sonra məyus olduğu üçün elə deyib. Bu trasda asfalt düz deyil və burada təkər yeyilməsi böyük fərq yaradır.

Bəli, yaxşı performans göstərdik. Ancaq bütün yarışları qazanmaq və Dünya Çempionluğunun cibdə olduğunu düşünmək üçün hələ tezdir. Əgər belə asan başa gələcəksə, yaxşı olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*