S.Fettel cərimələnib

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel yarışın startında yer itirəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü Avstriyadakı sıralnam turunun ikinci sessiyasında rəqibi Fernando Alonsonu bloklamış və nəticədə ispaniyalı sürücü son sessiyaya keçə bilməmişdi. Sessiya bitdikdən sonra FİA insidenti araşdırıb və dördqat Dünya Çempionunu cərimələyib. Bundan başqa Fettelin lisenziyasına 1 cərimə balı yazılıb.

Bu cərimədən sonra Corc Rassel, Ləns Stroll və Karlos Sayns bir yer qazanıblar. Fettel isə yarışa 11-ci yerdən start verəcək.

Stüardlar Valtteri Bottası araşdırsalar da ona qarşı tolerant davranıblar və cəza verməyiblər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*