Ridge Solutions Williams-ın yeni tərəfdaşıdır

Williams elan edib ki, mənzil qərargahı Anqolada yerləşən Ridge Solutions şirkəti komandanın yeni tərəfdaşıdır. Komandanın mətbuat xidmətinin yaydığı xəbərə görə, […]

Williams elan edib ki, mənzil qərargahı Anqolada yerləşən Ridge Solutions şirkəti komandanın yeni tərəfdaşıdır. Komandanın mətbuat xidmətinin yaydığı xəbərə görə, Ridge Solutions – Afrikanın ən böyük şəxsi şirkətidir, maraq dairəsi isə daşınmaz əmlak ticarətini, kənd təsərrüfatını və təbii resursları əhatə edir. Monako Qran Prisindən Ridge Solutions-ın loqotipləri maşınların burun elementlərində və sürücülərin kombinezonlarında peyda olacaq…

Xose Fereyra Ramos, şirkətin başçısı: “Biz fəxr edirik ki, Williams-ın tərəfdaşı olduq və bu komandanın Formula1-də çıxışına öz töhvəmizi verə bilərik. Bizim əməkdaşlığımızın iki məqsədi var. Birincisi, biz istəyirik ki, Williams və Formula1 Afrika qitəsinin müxtəlif sosial problemlərinin, yollarda təhlüksəzliyin artırılmasından avtoidmanın inkişafına kimi, həllinə kömək etsin. İkincisi, biz şirkətimizə beynəlxalq sərmayədarların diqqətini, hər şeydən əvvəl Yaxın Şərq və Asiyadan, cəlb etmək istəyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*