Red Bull Ferrari-ni özünə rəqib saymır?

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, arxalarında olan Ferrari ilə yox, önlərində olan Mercedes-lə maraqlanırlar.

F-1.az xatırladır ki, Maks Ferstappen mövsümün ilk yarışı Avstraliyada iki Mercedes sürücüsündən sonra 3-cü yeri tutmuşdu.

Kristian Horner: “Mercedes-lə olan məsafəni stabil saxladıq. Hazırda arxamızdakı Ferrari ilə yox, önümüzdəki Mercedes-lə maraqlanırıq. Bizim məqsədimiz zirvəyə yüksəlməkdir”.

Helmut Marko isə ümidlərinin artdığını deyib: “Maks mövsümə yaxşı başladı. Bolidimiz çempionluq uğrunda mübarizə apara bilər. Amma bolidi təkmilləşdirməliyik. Üçüncü yerdən yüksək nəticələr istəyirik. Komanda doğru yoldadır və Melburnda Həmiltonla eyni tempdə gedirdik. İndi isə şassi üzərində işləməliyik. Asfaltayatma qüvvəsini daha da artırmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*