F-1.az xəbər verir ki, statistikada Bakıda baş tutmuş sprint yarışı da nəzərə alınıb.
Əldə edilən məlumatlara görə, Red Bull komandasının pilotları Maks Ferstappen və Serxio Peres geridə qalan yarışların 94,1%-də lider olublar. Onlardan başqa yalnız Mercedes, Aston Martin və Ferrari ən azı bir dəfə liderliyi ələ keçirə biliblər.
| Sıra | Komanda | Dövrə | Faiz |
| 1 | Red Bull | 257 | 94.1 |
| 2 | Mercedes | 11 | 4 |
| 3 | Aston Martin | 3 | 1.1 |
| 4 | Ferrari | 2 | 0.7 |
Xatırladaq ki, cari mövsümün beş mərhələsindən sonra Red Bull 224 xal toplayaraq Mühəndislər Kuboku cədvəlinə inamla başçılıq edir. Ən yaxın təqibçi Aston Martin-in cəmi 102 xalı var.
Geridə qalan beş yarışın hamısında məhz Red Bull sürücüləri qalib gəliblər – Ferstappenin hesabında 3, Peresin hesabında isə 2 qələbə var.





