14 Dekabr 2018, Cümə - 14:14

H.Marko: “Maksı sakitləşdirdik”

H.Marko: “Maksı sakitləşdirdik”

Müəllif: Rauf Hacıyev, redaktor

20:05 - 29 İyun, 2018

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappeni sakitləşdiriblər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ilk 6 yarışın 5-də qəzalarla yadda qalmış və iki dəfə qələbəni əldən vermişdi. Amma 20 yaşlı sürücü həm Kanadada, həm də Fransada qüsursuz performans göstərərək, hər iki yarşı podiumda başa vurub.

Helmut Marko: “Maks öz üzərində təzyiq yaradırdı və bu, onun ən böyük problemi idi. Birdən səhvlər etməyə başladı. Keçən il bolid daha zəif olduğu halda bu qədər səhv etmirdi. Hər şeyi düşündük və özümüzdən “Maksı necə sakitləşdirə bilərik” deyə soruşduq. Monrealda yanında ailəsindən heç kimin olmaması təsadüf idi. Fransada da səhvsiz sürdü və gözlədiyimiz Maks budur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 139
Teqlər , ,
Paylaş

logo